Kateqoriyasız

“Zirə” Almaniya klubuna qarşı (YENİLƏNİR)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə,  rəqib Almaniya Regional liqa təmsilçisi “Optik” olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Qazaxıstanın “Ordobası” klubuna 1:4 hesabı ilə məğlub olub.

19 yanvar

Yoxlama oyunu

17:00. “Zirə” – “Optik” (Almaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43