İdman

“Zirə” bunu 10-cu dəfə bacardı

“Zirə” Azərbaycan çempionatlarında 10-cu səfər qələbəsini qazanıb.

İdmanxeber.com-un PFL-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qəsəbə klubu bu yubileyə “Neftçi” ilə paytaxt derbisində çatıb. 2:1 hesablı qələbə qazanan zirəlilər bunadək rəqib meydanlarında 9 dəfə 3 xal qazanmışdı. 10-cu səfər zəfəri 35-ci görüşə təsadüf edib. Bakılılar rəqib meydanında 13 heç-heçə edib və 12 dəfə uduzub. 

Bu görüşlərdəki top fərqində tarazlıq hökm sürür – 32:32.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43