İdman

“Neftçi” antirekorddan son anda qurtuldu

“Neftçi” qolsuz oyunlar həsrətinə son qoyub. Azərbaycan Premyer Liqasının I turunun “Qarabağ”la oyunundan (1:3) sonra rəqib qapılarına yol tapa bilməyən paytaxt klubu seriyanı “Zirə” ilə V turun matçında (1:2) qırıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 11-dəki görüşdə “ağ-qaralar”ın təsəlli qolu rəqib oyunçu Rahid Əmirquliyevin avtoqolu hesabında gerçəkləşmişdi. Həmin top 90-cı dəqiqəyə təsadüf etmişdi. “Səbail” (0:1), “Kəpəz” (0:0) və “Sumqayıt”a (0:1) qol vura bilməyən “Neftçi” “Zirə” ilə görüşün 54-cü dəqiqəsində fərqlənib. Üçoyunluq seriya 35 gün və 323 dəqiqədən ibarət olub. Uqo Barqasın qolu ilə ölkənin ən titullu klubu antirekordunun təkrarlanmasına imkan verməyib. Belə ki, “Neftçi”nin ölkə çempionatlarındakı ən uzun qolsuz seriyası 4 oyun davam edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43