Kateqoriyasız

“Zirə”: tam sürətlə davam…

“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, komanda hazırlığın 2-ci günündə öncəki gündən fərqli məşq keçib.

İlk məşqdən öncə baş məşqçi Adil Şükürov futbolçuları Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bundan sonra açıq havada isinmə hərəkətləri edən “qartallar” ardından fitnes zalına keçdilər. Futbolçular ümumi güc üzərində çalışdılar. 2-ci məşq stadionda baş tutdu. Gərgin fiziki məşqin ardından futbolçular toplu çalışmalarla kifayətləndilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43