Kateqoriyasız

“Qarabağ” Monteneqroya nə vaxt yollanır?

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində səfərdə “Rudar”la qarşılaşacaq “Qarabağ”ın Monteneqroya gedəcəyi tarix bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu iyulun 20-da səfər yollanacaq. “Qarabağ”ı aparacaq təyyarənin axşam saatlarında Bakıdan çıxacağı gözlənilir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 0-0 hesabı ilə başa çatmışdı. Oyun iyulun 22-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43