İdman

Zirədə “qol yağışı”

Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə dən istifadə edən “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Adil Şükürovun komandası  Zirə İdman Kompleksinin stadionunda əvəzedici heyətlə üz-üzə gəlib.
 
Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb. İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqləniblər. Fasilədən  sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb.
 
Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43