İdman

“Zirə”nin sabiq futbolçusu Rumıniya klubunda

“Zirə”nin sabiq futbolçusu Qabriel Mateyin yeni komandasının adına aydınlıq gəlib. 

İdmanxeber.com-un məlumatına görə, ,rumıniyalı futbolçu karyerasını vətənində davam etdirəcək.  

Polaşanın “Bruk-Bet Termalits” klubundan ayrılan yarımmüdafiəçi ölkəsinin “Konkordia” klubu ilə anlaşma əldə edib. Onun yeni klubuna azad agent kimi keçib.  Futbolçunun müqaviləsinin detalları açıqlanmayıb.  

28 yaşlı futbolçu 2017-ci ildə “Zirə”nin heyətində 14 oyun keçirib.  Süni örtüklü meydançalarda tez-tez zədələnən oyunçu, “Bruk-Bet Termalits”ə müəyyən təzminat qarşılığında keçib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43