Dünyadan

Əvvəlcə Qriqorçuk, sonra Rene Veyler

Noyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda “Qəbələ” Belçikanın “Anderlext” komandasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, 8-ci km stadionunda baş tutacaq “Qəbələ” – “Anderlext” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – noyabrın 23-də saat 18:15-də arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Belçika klubunun baş məşqçisi Rene Veyler media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqləri də 8-ci km stadionunda baş tutacaq. “Qəbələ” saat 19:00-da, “Anderlext” isə 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43