Ölkə futbolu

“Neftçi” italiyalı futbolçu ilə müqaviləni uzatdı

“Neftçi” U-13 komandasının futbolçusu Lorenzo Mezzotero ilə yeni müqavilə bağlayıb. 


Bildirilir ki, 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini artırıb. 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək bakılıların formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə əsasən, italiyalı futbolçu Azərbaycanda “Neftçi”dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.

Qeyd edək ki, 2017-ci ilin fevralından “Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43