“Birinci hissədə “Qarabağ” öz oyununu göstərməyi bacardı. İlk hissədə çox qol imkanımız olmadı. Ancaq layiqli qələbə qazandıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Vilyareal”ın baş məşqçisi Unay Emeri “Qarabağ”a qalib gəldiklərri oyundan sonra deyib.
Təcrübəli çalışdırıcı sözlərinə daha sonra belə davam edib:
“İki mövsüm bundan öncə “Arsenal”la “Qarabağ”a qarşı oynamışıq. “Qarabağ”ın çox şən oyunu var. Onların oyunu zövqvericidi”.
Emeri penalti epizodu ilə bağlı da fikirlərini bildirib:
“Penalti oyunun nəticəsini müəyyənləşdirmədi. Bəlkə də, VAR olsaydı daha dəqiq bilmək olardı. Məncə ələ təmas var idi”.