“Neftçi” İsrailin “Aşdod” klubunda çıxış edən Kenni Sayefini heyətinə qatmağa yaxındı.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gələcək.
2018-ci ildən Belçika “Anderlext”inə məxsus olan Sayef son mövsümü icarə əsasında “Aşdod”da keçirib.
“Neftçi” ötən gün “Aşdod”un digər yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.