Kateqoriyasız Ölkə futbolu

Qanalı hücumçu “Neftçi”də! – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Neftçi” növbəti futbolçunu rənglərinə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Qodsvey Donyonu heyətinə qatıb. Klub 27 yaşlı forvardla 2 illik müqavilə bağlayıb.

“Mançester Siti”nin U-18 və U-21 komandalarında çıxış edən Qodsvey Danimarkada “Norşellan”, Almaniyada “Dinamo Drezden”də forma geyinib. Qanalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43