Kateqoriyasız

Azərbaycan klubu argentinalı futbolçu transfer etdi – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu argentinalı futbolçu Franko Mazureki heyətinə qatır. Son olaraq Kiprin “Etnikos” klubunda çıxış edən yarımmüdafiəçi ilə danışıqlar müsbət yöndə yekunlaşıb və onunla yaxın günlrdə müqavilə imzalanacaq.

Qeyd edək ki, F.Mazurek “Etnikos”da bütün turnirlər daxil son mövsüm 38 oyunda çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43