“Qalatasaray”dan ayrılan Hamza Akman karyerasını Danimarkada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı oyunçu “Sonneryyusk” klubu ilə anlaşıb. Gənc futbolçu yeni komandasıyla 3 illik müqavilə bağlayıb.
Hamza “Qalatasaray”ın yetirməsidir və əsas komandanın heyətində 3 rəsmi matça da çıxış edib.