İctimai Televiziyanın efirində avrokubok həyəcanı davam edir.
İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması İTV-də canlı yayımlanacaq. Azarkeşlər noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə “Budo Qlimt” klubu ilə görüşünü məhz bu kanaldan izləyə biləcəklər
Qeyd edək ki, “Qarabağ”ın Yunanıstanın “Olimpiakos” klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.