“Arsenal”ın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn tibbi müayinədən keçib. “Aston Villa” ilə oyunda zədələnən gənc futbolçu azı 4 aylığa sıradan çıxıb.
Bu barədə Daily Mail məlumat yayıb. Çemberleynin dizaltı bağları zədələnib. Qeyd edək ki, hazırda London klubunda zədəli futbolçuların sayı onsuz da çox idi.