Azərbaycan millisinin baş məşqçisi Berti Foqts il sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
O, bu barədə “Sky Sports news hd”ə verdiyi müsahibəsində deyib. Təcrübəli mütəxəssis AFFA-nın artıq onun yerinə məşqçi axtardığı deyib:
“Təsəvvür edin ki, bir məşqçinin hələ yarım illik müqaviləsi var və o, DÇ-2014-ün seçmə mərhələsinə hazırlaşır, ancaq rəhbərlik yeni məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm”.
Millidən getdikdən sonra nə edəcəyi barədə suala isə 66 yaşlı mütəxəssis belə cavab verib: “Elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Həmin iddialı komandanın maliyyə durumu isə yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.