“Neftçi” “Böyük oyun”a hazırlıqlarını davam etdirir.
Paytaxt klubu avqustun 25-də səfərdə keçirəcəyi “Xəzər Lənkəran”la prinsipial matça optimal heyətlə hazırlaşır. Sadəcə kart cəzalısı Elvun Yunuszadə “Böyük oyun”da iştirak edə bilməyəcək.
Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, bu səbəbdən də gənc futbolçu səfər matçına aparılmayacaq.
Klub prezidenti Sadıq Sadıqovun da “Fırtınalar meydanı”nda oyunu izləməsi gözlənilir.