Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" (Kazan) klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.
Kazan təmsilçisi doğma azarkeşləri önündə "Molde" ilə qarşılaşıb.
Görüş 3:0 hesabı ilə "Rubin"in xeyrinə başa çatıb. Rusiya təmsilçisinin baş məşqçisi Qurban Berdıyev bu görüşdə Ruslana da şans verib. Abışov matçın 64-cü dəqiqəsində Bibars Natxonu əvəzləyib.
Qeyd edək ki, bu qələbə sayəsində "Rubin" yenidən Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanıb.