DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq Rusiya yığması futbolçularımıza yaxşı pul qazandıra bilər. Bunun üçün şimal qonşularımızın millimizə uduzması lazımdır.
Belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib.
“Sport-express”-in yaydığı xəbərə görə, Şimali İrlandiya üzərində qələbə qazanan milli komandamız, Rusiyanı 15-də keçiriləcək matçda məğlub etsə, hər bir yığma üzvü 100 min dollar pul mükafat alacaq.
AFFA-nın vəd etdiyi bu pul mükafatı start heyətində yer alacaq futbolçulara şamil edilib. Meydana çıxmayacaq futbolçuların isə nə qədər premyaya sahib olacağı bəlli deyil.