27 Dekabr 2024
Kateqoriyasız

Rasim Ramaldanov: “Bunu ən azından son günlərdə keçirdiyimiz oyunlarda hiss etmək olar”

“Axırıncı oyunlarda pis nəticə qazanmadıq. İrlandiyanı məğlub etdik, daha sonra Rusiyadan xal aldıq. Noyabrda iki yoldaşlıq oyunumuz var. O oyunlarda da qələbə qazanmağa çalışacağıq”. 

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

Cənub klubunun müdafiəçisi Berti Foqtsun millidəq qalmasının tərəfdarıdı:

“Məncə, keçmişi yada salsaq, indiki futbolumuz qat-qat güclüdü. Mən istəyərdim Foqts qalsın. Yenə qeyd etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə millinin oyununda irəliləyiş var. Bunu ən azından son günlərdə keçirdiyimiz oyunlarda hiss etmək olar”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43