İngiltərə Premyer Liqasında keçirilən "Mançester Yunayted" – "Stok Siti" (3:2) matçında maraqlı hadisə yaşanıb.
Belə ki, oyunun baş hakimi ikincilərin futbolçusu Ray Şoukrossaya soyunub-geyinmə otağında sarı vərəqə göstərib.
Buna səbəb oyunçunun oyun boyu Van Persi ilə mübahisə etməsi olub və bu hal matçdan sonra da davam etdiyinə görə, hakim futbolçuya sarı vərəqə göstərib.