Noyabrın 15-də, yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə saat 20:45), Tallinn şəhərindəki “A. Le Coq Arena”da keçiriləcək Estoniya – Azərbaycan yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Estoniyanın paytaxtında keçiriləcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim: Aleksey Nikolayev (Rusiya)
Baş hakimin köməkçiləri: Oleq Tselovalnikov, Vitali Drozdov (hər ikisi – Rusiya)
Dördüncü hakim: Silver Koiv (Estoniya)