Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
"Kayserispor"un baş məşqçisi Robert Prosineçkinin istefasının ardından "Qaziantepspor"un çalışdırıcısı Bülənt Uyğun da postundan gedib.
Bu barədə Antep təmsilçisi rəsmi açıqlama yayıb:
"Baş məşqçisi Bülent Uyğunla prezidentimiz İbrahim Kızıl arasındakı görüşdə tərəflər müqavilənin qarşılıqlı razılıq əsasında pozulması barədə razılıq əldə edib".