05 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Markus Reşfordun qiymətini açıqladı

“Mançester Yunayted” futbolçusu Markus Reşfordu sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 27 yaşlı hücumçuya 60 milyon avro transfer haqqı təyin edib. İngiltərəli oyunçuya bir neçə klubdan maraq var.

Onu “Barselona”, “Napoli”, PSJ kimi komandalar transfer etmək istəyir.

İngiltərə Premyer Liqasının cari mövsümündə Markus 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43