“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, k omanda mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.
Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında Şamaxı klubunda çıxış edəcək.
Xatırladaq ki, Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.

