28 Dekabr 2024
Premyer Liqa

Şahin Diniyev: “Hesab 1:1 olsaydı, bu, ədalətli nəticə olardı”

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları “Xəzər Lənkəran”la oyunu şərh edib. “aslanlar”ın çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. Komandamdan razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1:1 olsaydı, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43