Millimizin baş məşqçisi Berti Foqts bu gün Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüşüb.
İdmanxeber.com–un məlumatına görə, görüşdə bir sıra məsələlər və gələn ildən hər komandada iki 21 yaşlı futbolçunun çıxış etməsi müzakirə olunub.
Qeyd edək ki, yığmamız martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olacaq.