“Avropaya getmək üçün bu oyunda 3 xal qazanmalıyıq. Amma çətin oyun olacağını bilirik. “Xəzər Lənkəran”ı məğlub etmək üçün hər şey edəcəyik”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Şəhriyar Əliyev deyib.
Paytaxt klubunun tez-tez zədədən əziyyət çəkən bəxtsiz futbolçusu həftəsonu “Xəzər Lənkəran”la keçiriləcək oyunda qələbə qazanmaq istədiklərini və rəqibin kubok matçına görə, bu qarşılaşmaya çox da diqqət etməyəcəyinə də toxunub:
“Düzdü “Xəzər Lənkəran”ın çempionatda heç bir iddiası qalmayıb, ancaq bu o demək deyil ki, onlar bizə qarşı futbol oynamayacaqlar. “Xəzər Lənkəran”da peşəkar futbnoçular yer alıb. Ən azından komandanın adına görə mübarizə aparacaqlar”.