Premyer Liqanın 33-cü turunda “Şəfa” stadionunda “İnter” “Sumqayıt”ı qəbul etdi. Oyun 2:0 hesabıyla “bankirlər”in xeyrinə başa çatdı. “İnter”in heyətində Aleksandr İaşvili və Vaqif Cavadov fərqləndilər.
İdmanxeber.com-un məlumatına görə, bu qələbəylə “İnter” minimum vəzifənin öhdəsindən gəldi-Avropa Liqasına vəsiqəni əldə etdi.
Xatırladaq ki, “İnter” növbəti tur səfərdə “Qarabağ”la qarşılaşacaq.