22 Dekabr 2024
Ölkə futbolu

AFFA “Neftçi”nin bir futbolçusunu sərt cəzalandırıb, birini bağışladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının sonuncu turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.

AZAL – “İnter” matçının 87-ci dəqiqəsində “İnter” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52 və 67-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.

“Rəvan” – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Rəvan”nın məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.

“Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” – “Neftçi” matçının 45+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə aqressiv hərəkət etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də İntizam Komitəsi Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edib.

Hakimlər Komitəsinə tapşırılıb ki, matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43