30 Sentyabr 2024
Premyer Liqa

Qurban Qurbanovun və Sxadadzenin istədiyi futbolçu hansı klubu seçəcək? – AÇIQLAMA

"Bakı"dan ayrılan milli komandamızın futbolçusu Şəhriyar Əliyev iki klubla danışıqlar aparır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, gənc futbolçunun "Qarabağ" və "İnter"ə keçmə variantı var.

Futbolçu saytımıza açıqlamasında danışıq apardığı klubların adını deməsə də, yaxın zamanda yeni hər şeyin bəlli olacağını bildirib:

"İki-üç klubla danışıqlar gedir. Yaxın zamanda yeni klubum bəlli olacaq. Hələ ki, heç nə deyə bilmərəm. Çünki gözləyirəm…"

Qeyd edək ki, Əliyev "Bakı"dan uzun müddətdir maaş ala bilmədikdən və "ağ-göylər"in maddi sıxıntı içərisində olduğuna görə bu klubdan ayrılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43