30 Sentyabr 2024
Kateqoriyasız

“Tvente”nin hücumçusu: “Bunun mənası yoxdu”

“Azərbaycanın hər hansı bir klubu ilə tanış deyiləm. Heç vaxt onlara qarşı oynamamışam. Amma bunun mənası yoxdu. Bizim əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bunun üçün isə qələbə qazanmalıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun futbolçusu Lyuk Kastagnos Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu “Qarabağ”la oyunlardan danışarkən deyib.

Klubun rəsmi saytına danışan hücumçu diqqəti “Kambur”lka matça yönəltmək lazım olduğunu bildirib:

“Bizim üçün rəqibin kimliyi önəmlidi. Avroliqada kimə qarşı oynayacağımızı bilməyimiz yaxşı oldu. Ancaq diqqəti “Kambur”la matça yönəltməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43