01 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” Naxçıvana tam heyətlə getmir

Avroliqada mübarzəsini davam etdirən “Neftçi” klubu çempionatın ilk oyununda əsas heyətin futbolçularına istirahət verəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk turda “Araz-Naxçıvan”la qarşılaşmalı olan “ağ- qaralar” bu oyuna əsas heyətin futbolçulatını aparmayacaq. Buna səbəb isə klubu avqustun 13-də Qəbələdə “Qarabağ”la Azərbaycan Superkubokunda çətin oyunun gözləməsidir. Əsas futbolçulardan başqa komandanın baş məşqçisi Böyükağa Hacıyev də Naxçıvan səfərinə yollanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43