Avroliqanın pley-ff mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Neftçi” – “Partizan” matçının başlama saatı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, avqustun 28-də Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 21-də, Serbiyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.