Azərbaycan Premyer Liqasında II turun 3 oyunu “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, avqustun 16-da saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bakı” matçı, eləcə də həmin gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “İnter” görüşü “İdman Azərbaycan”ın efirində olacaq.
Kanal bir gün sonra, avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasını da (saat 20:00) canlı yayımla təqdim edəcək.