Premyer Liqa

AFFA “Qarabağ”ı cəzalandırdı: vərəqələr qüvvədə qaldı, qollar ləğv edildi + 0:3

AFFA İntizam Komitəsi yeni mövsümün ilk turu üçün cəzaları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, XXIII Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Qarabağ” matçın 50-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43