Argentina çempionatının növbəti turu çərçivəsində keçirilən “Rosario Sentral” – “Boka Xuniors” matçında xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, azarkşelərdən birinin atdığı daş qonaq komandanın qolkiperinin başını yarıb. Nəticədə yerə yıxılan qolkiper həkimlərin müdaxiləsindən sonra ayağa qalxaraq oyunu davam etdirib.