21 Dekabr 2024
Kateqoriyasız

UEFA “Qarabağ”ın rəqibini sərt cəzalandırdı

Ukraynanın “Dnepr” klubu UEFA İntizam Komitəsi tərəfindən cəzalandırııb.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Dneprepetrovski təmsilçisinin cəzalanmasına səbəb azarkeşlərinin sentyabrın 18-də “İnter”lə ev oyununda (0:1) irqçi təzahüratlar etməsidi.

Qərara görə, Kiyevdəki “Olimpiyskiy” stadionunun В41 sektoru “Qarabağ”la oyun zamanı bağlı olacaq. “Dnepr” həmin boş sektora “İrqçiliyə yox” şüarı yazılmış banner asmalıdı.

UEFA bundan əlavə klubu 24 min avro cərimə ödəməlidi.

Qeyd edək ki, “Qarabağ” noyabrın 23-də “Dnepr”lə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43