“Dnepr” klubunun kapitanı Ruslan Rotan Ukrayna mətbuatına açıqlamasında “Qarabağ”la oyun barədəd danışıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri səsləndirib:
“Oyuna yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Daha aqressiv oynadıq və nəticədə vacib qələbə qazandıq. Bizi çempionatda “Dinamo”, “Şaxtyor”, Avroliqada isə “Qarabağ”la oyun gözləyir. Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq. “Qarabağ”la matç bizim bizim üçün həlledici oyunlardan olacaq. Ona görə də bütün gücümüzü sərf etməliyik”.