Topaz Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la üz-üzə gələn “Bakı” 1 xal qazandı. Belə ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların oyunu 1-1 hesabı ilə başa çatdı.
İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bu fikirləri səsləndirib:
“Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.