Qadın voleybolçuların Çempionlar Liqasında 5-ci turun oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “Rabitə” Rusiyada “Dinamo Kazan”ın qonağı olub.
Bakılılar sadəcə ilk setdə rəqibinə müqavimət göstərə bilib. Kazna klubu komandamızı 0:3 hesabı ilə məğlub edib.
“Dinamo” (Kazan) – “Rabitə” 3-0 (25-21, 25-10, 25-14)
Hakimlər: Şloma Brutman (İsrail), Yuri Bakunoviç (Belarus)
Kazan, Sankt-Peterburq sarayı
Tərəflər arasındakı ilk görüşdən “Rabitə” 3-2 hesabı ilə qalib ayrılmışdı.