Antalyada təlim-məşq toplanışı çərçivəsində "Levski"yə 0:3 hesabı ilə məğlub olan "Qarabağ"ın matçı bukmekerləri şübhəyə salıb.
İdmanxeber.com-un məlumatına görə, Bolqarıstan mətbuatı bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, "Levski" ilə yoxlama görüşünün öncədən türk hakimə tapşırılıb, amma görüşün başlamasına saatlar qalmış təyinat dəyişdirilərək Ömər Paşayevə verilib. Bundan əlavə görüşün ilk dəqiqələrində "Qarabağ"ın qapısına təyin olunmuş penatlidə İbrahim Şehiç rəqib futbolçulara hara tullanacağını işarə edib. Bunları əsas gətirən Avropa və Asiya bukmeker kontorları UEFA-dan araşdırma aparmasını tələb ediblər.
UEFA bukmekerlərin bu tələbindən sonra araşdırmalara başlayıb.