Ölkə futbolu

“Kimyaçılar” “bankirlər” üçün hazırlaşır

Topaz Premyer Liqasında fasilə başa çatır. Çempionatın 19-cu tur çərçivəsində “Sumqayıt” Futbol Klubu səfərdə “İnter”lə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, bu məqsədlə Aqil Məmmədovun komandası “Kapital Bank Arena”da hazırlığını davam etdirir. Heyətdə zədəli futbolçu yer almır.

Qeyd edək ki, “İnter” – “Sumqayıt” oyunu yanvarın 30-da saat 16:00-da “İnter Arena”da keçiriləcək. Qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43