Azərbaycan Kuboku uğrunda yarışların ¼ final mərhələsi başa çatıb. Oyunlarda qazanılan nəticələrə əsasən “Neftçi”, “Qarabağ”, “Simurq” və “İnter” yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda “Neftçi” “İnter”lə “Qarabağ” isə “Simurq”la münasibətlərini ayırd edəcək. Bu mərhələdə ilk oyunlar aprelin 13-də, cavab oyunları aprelin 21-də keçiriləcək.