Azərbaycan Premyer Liqasının XXVI turunun bir oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi qarşılaşması – “İnter” – “Qəbələ” oyunu saat 18:00-dan etibarən İdman Azərbaycan kanalının canlı yaymında olacaq.
Qeyd edək ki, matç martın 18-də, “İnter Arena”da keçiriləcək.