Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Avstriya ilə qarşılaşıb və rəqibinə iki cavabsız qolla məğlub olub – 0:2.
İdmanxeber.com-un məlumatına görə, matçın ikinci hissəsi gərgin keçib. Məhz bunun məntiqi nəticəsi kimi millimizin üzvü Azər Salahlı rəqibinə qarşı kobud oynayıb. “Qarabağ”ın futbolçusu bundan sonra rəqibinə başla zərbə endirmək istəyib. Millimizin kapitanının bu hərəkəti Avstriya yığmasının çalışdırıcısı Verner Qriqoreviçi yaman əsəbləşdirib. Nəticədə baş məşqçi möhkəm səslə A.Salahlıya etirazını bildirib. “Sən kapitansan!” – deyərək, futbolçumuza etirazını bildirən avstriyalı mütəxəssis bir qədər sonra sakitləşib. Matçın sonlarına yaxın isə A.Salahlı avstriyalı baş məşqçidən üzr istəyib.
Qriqoreviç oyundan sonra bu məsələyə toxunmmaq istəmədiyini bildirib:
“Oldu, bitdi. Əsas odur ki, hər ikimiz bir-birimizi başa düşdük”.