“Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Sumqayıt”la görüşün vaxtının dəyişdirilməsini xahiş edib.
PFL əsasnaməni nəzərə alaraq, “Qəbələ”- “Sumqayıt” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi, 20 sentyabrda deyil, 21 sentyabrda keçirilməsinə qərar verib.