“İnter”in sbaiq baş məşqçisi KaxaberSxadadzeyə hərbi çağırış vərəqəsi gəlib.
İdmanxeber.com-un məlumatına görə, Bakı klubunun sabiq çalışdırıcısı Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb.
Çağırış vərəqəsi 47 yaşlı mütəxəssisin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib. Sözügedən məktubda gürcüstanlı mütəxəssisin Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.