Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün "Avro-2017"nin seçmə mərhələsində növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, VII qrupda çıxış edən millimiz səfərdə Avstriyanın qonağı olub.
Yaşar Vahabzadənin başçılıq etdiyi milli ötən ay Avstriya ilə oyunda 2 cavabsız qolla məğlub olmuşdu.
Sankt-Polten şəhərinin “MV Arena” stadionunda keçirilən oyunda millimiz biabır olub – 7:0.
Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn millimiz ardından Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə uduzub.
9 oktyabr
"Avro-2017"nin seçmə mərhələsi
20:30. Avstriya – Azərbaycan 7:0
Hakimlər: Qunnar Yarl Yonsson, Qunnar Qunnarsson, Birkir Siqurdarsson, Torvaldur Arnason (hamısı İslandiya)
Sankt-Polten. “MV Arena” stadionu